SON XƏBƏRLƏR

Qaradağ meşələrində yanğın başlayıb

2025.08.07, 16:16
Qaradağ meşələrində yanğın başlayıb

Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalının Vərziqan-Xarvana rayonları arasında yerləşən meşə zolağında güclü yanğın başlayıb.

Gunaz.tv

Bu haqda Təbriz mediası məlumat yayıb.

Məlumata görə, Avan və Astmal kəndləri ərazisindən başlayan yanğın güclü küləyin əsməsi səbəbindən daha böyük ərazilərə yayılmaqda davam edir.

"Yanğın söndürənlərin səylərinə baxmayaraq, güclü külək yanğının söndürülməsinə mane olur və onun sürətlə genişlənməsinə səbəb olur",- məlumatda bildirilir.

Yerli sakinlərin xəsarət alıb-almaması barədə hələlik məlumat olmadığı, bölgə əhalisinin təxliyə üçün hazır vəziyyətə gətirildiyi qeyd olunub.

Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarı qoruq elan edilsə də, mühafizəsi üçün tədbirlər görülmür.

Hər il yanğınlar və mədən istismarçılarının qeyri-standard fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə meşə zolağı məhv edilir. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar