SON XƏBƏRLƏR

Tehranda türkmən siyasi fəalı Tahir Sarlı həbs edilib

2025.08.08, 12:09
Tehranda türkmən siyasi fəalı Tahir Sarlı həbs edilib

Türkmən siyasi və vətəndaş fəalı Tahir Sarlı 5 avqust 2025-cü il bazar ertəsi günü Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Qonbad Kavus həbsxanasına köçürülüb.

Gunaz.tv

Yerli mənbələrin məlumatına görə, ictimai-siyasi mövzularında fəallıq göstərən tanınmış sima Tahir Sarlının həbsi məhkəmə qərarı olmadan və təhlükəsizlik rəsmiləri tərəfindən səssizcə həyata keçirilib.

Tahir Sarlı əvvəllər də İran rejiminin Türkmənsəhranın demoqrafik tərkibinin dəyişdirilməsi ilə bağlı siyasətinə etiraz videosu dərc etdiyinə görə həbs edilib və bir müddət həbsdə qalıb.

Hələki onun həbsinin səbəbləri ilə bağlı heç bir məlumat yoxdur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar