SON XƏBƏRLƏR

NATO baş katibi: Amerika-Rusiya sammitindən asılı olmayaraq, Ukraynaya silah tədarükü davam edəcək

2025.08.11, 11:05
NATO baş katibi: Amerika-Rusiya sammitindən asılı olmayaraq, Ukraynaya silah tədarükü davam edəcək

Avqustun 15-də Alyaskada keçiriləcək Amerika-Rusiya sammitinin nəticəsindən asılı olmayaraq, Avropa ölkələri hesabına Ukraynaya Amerika silahlarının tədarükü davam edəcək.

Gunaz.tv

Bunu NATO-nun baş katibi Mark Rutte Amerikanın “CBS News” telekanalına müsahibəsində deyib.

“Tamamilə doğrudur, onlar davam etdirəcəklər”, - o, bununla bağlı sualı cavablandırarkən deyib.

"Beləliklə, Niderlandın, daha sonra isə skandinaviyalıların üzərinə öhdəlik götürdüyü ilk iki paketimiz artıq var. Yaxın günlərdə və həftələrdə əlavə açıqlamalar gözləyirəm. Bu, son dərəcə vacibdir", - Rutte əlavə edib.

Amerikanın digər kanalı “ABC News”a müsahibəsində baş katib Rusiyanın bir sıra Ukrayna ərazilərinə faktiki nəzarətinin tanınmasının, lakin bunu hüquqi baxımdan rəsmiləşdirməməsinin vacibliyini qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar