SON XƏBƏRLƏR

İsrael Katz Xamneyini hədələyib

2025.08.12, 12:23
İsrael Katz Xamneyini hədələyib

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı media orqanları İsrailin yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin siyahısını “sui-qəsd hədəfləri” kimi dərc etdikdən sonra İsrailin müdafiə naziri İsrael Katz Xamneyini birbaşa hədələyib.

Gunaz.tv

Katz bu barədə özünün sosial media hesabında yazıb.

"İran diktatoruna bunkerindən çıxanda göyə baxmağı və hər hansı bir vızıltıya qulaq asmağı tövsiyə edirəm. "Qırmızı Toy" əməliyyatının iştirakçıları onu orada gözləyəcəklər".

Qeyd edək ki, “Vızıltı” ifadəsi İsrail pilotsuz təyyarələrinin və ya qırıcı təyyarələrinin uçuşunu nəzərdə tutur və “Qırmızı toy” əvvəllər bir sıra yüksək səviyyəli İran hərbi komandirlərinin öldürüldüyü koordinasiyalı və sürpriz əməliyyatın adıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar