SON XƏBƏRLƏR

12 günlük müharibə dövrü İranda 21 min nəfər saxlanılıb

2025.08.12, 16:06
12 günlük müharibə dövrü İranda 21 min nəfər saxlanılıb

12 günlük İran-İsrail müharibəsi zamanı ölkənin müxtəlif bölgələrində 21 min nəfər həbs edilib.

Gunaz.tv

Bunu İran Polis Qüvvələri Komandanlığının sözçüsü Səid Münəzir əl-Mehdi deyib.

O, həbslərin çoxunun vətəndaşların məlumatı əsasında baş verdiyini bildirib.

Münəzir əl-Mehdi həmin dövr ərzində Kiberməkana Nəzarət Polisinin onlayn fırıldaqçılıq və icazəsiz pul çıxarılması da daxil olmaqla 5700-dən çox kibercinayət işini də ifşa etdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei 2000-dən çox şəxsin həbs edildiyini demişdi.

Ejei, həb olunanların bəzilərinin barəsində "İsrailə casusluq" ittihamı irəli sürüldüyünü və onalar haqqında ağır cəza qərarları çıxarılacağını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar