SON XƏBƏRLƏR

Qazaxıstan Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıb

2025.08.13, 11:37
Qazaxıstan Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıb

Qazaxıstan hökuməti Xəzər dənizinin problemlərinin öyrənilməsi üçün ehtiyatlarından 305 milyon təngə (560 min Amerika dollarından çox - red.) ayırıb.

Gunaz.tv

Vəsaitin Qazaxıstan Xəzər Elmi Tədqiqat İnstitutu tərəfindən alınacağı bildirilir.

Məlumata görə, vəsait institutun gələcək inkişafı üçün istifadə olunacaq və hidrobiologiya və hidrokimya, hidrometeorologiya, peyk monitorinqi laboratoriyalarında elmi-tədqiqat işlərinin vaxtında və səmərəli aparılmasına və elmi-tədqiqat institutunun qarşısında duran digər vəzifələrin həllinə imkan verəcək.

İnstitutun fəaliyyət dairəsinə balıq ehtiyatlarının qiymətləndirilməsi, onların mühafizəsi üsullarının və texnologiyalarının işlənib hazırlanması, ixtiofaunanın, suitilərin kütləvi şəkildə tələf olmasının səbəblərinin tədqiqi və onların populyasiyasının saxlanılması məsələləri daxildir. Bundan əlavə, o, dənizin hidroloji proseslərinin öyrənilməsi və səviyyəsinin monitorinqi, iqlim dəyişikliyi və onun ekosistemə təsirinin təhlili, akvatoriyanın Qazaxıstan hissəsinin və Xəzər dənizi sahillərinin suyun keyfiyyəti, bioloji müxtəlifliyi və digər parametrləri haqqında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar