SON XƏBƏRLƏR

Şərqi Azəbaycanda ictimai nəqliyyat çatışmazlığı artıb - Səbəb

2025.08.13, 12:23
Şərqi Azəbaycanda ictimai nəqliyyat çatışmazlığı artıb - Səbəb

Son günlər Şərqi Azərbaycan əyalətində, xüsusən Təbriz şəhərində marşrut avtobuslarının çatışmazlığı əhalinin etirazları ilə qarşılaşıb.

Gunaz.tv

Bu haqda yerli sosial media şəbəkəsində məlumat paylaşılıb.

Məlumata görə, İran hökuməti yüzlərlə avtobusu ərbein mərasimi münasibətilə İraqa gedib-gələn ziyarətçilərin istifadəsi üçün ayırıb.

Bildirilir ki, Təbrizdə fəaliyyət göstərən çox sayda avtobus hökumətin təşkilatçılığı ilə təşkil olunan siyasi-ideoloji mərasimə  cəlb olunan əfqanıstanlı və pakistanlı ziyarətçiləri xidmətinə verilib.

Bununla yanaşı son vaxtlar əyalətin təcili tibbi yardım maşınlarının sayının kəskin azalması da xəstələrin vaxtında xəstəxanaya çatdırılmasını çətinləşdirib.

Əlaqədar məsul şəxslər vətəndaşların nəqliyyat problemlərinin həlli ilə bağlı suallara cavab olaraq bildiriblər ki, əhali səfərlərini təxirə salsın və ərbein ziyarətçilərinin hamısının geri qayıtmasını gözləsin.

Bununla yanaşı, Təbriz bələdiyyəsinin məişət tullantıları daşıyan texnikalarının, təmizlikçilərinin ziyarətçilərə qulluq etmək üçün İraqa göndərilməsi əhali tərəfindən narazılıqla qarşılanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar