SON XƏBƏRLƏR

Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

2025.08.14, 11:33
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

Ukrayna hakimiyyəti MDB çərçivəsində növbəti sazişdən çıxmağa qərar verib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk öz "Telegram" kanalında bildirib.

"Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişdən çıxma barədə" qanun layihəsi təsdiqlənib", - deyə o yazıb.

Qeyd edək ki, sözügedən sənəd 1996-cı ilin aprelində imzalanmışdı.

Onu da bildirək ki, rəsmi Kiyev müntəzəm olaraq Rusiya, Belarus və Suriya ilə, həmçinin MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxdığını bəyan edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar