SON XƏBƏRLƏR

Tehranlı nümayəndə Pezeşkianın istefasını istədi

2025.08.14, 13:09
Tehranlı nümayəndə Pezeşkianın istefasını istədi

Gəlin oyuna davam edək, amma davamlı olaraq səhv edən və düşmənə top ötürən oyunçunu əvəz etməklə. 90-cı dəqiqəyə hələ çox var.

Gunaz.tv

Bunu Tehranın İran parlamentindəki nümayəndəsi Həmid Rəsayi deyib.

O, Prezident Məsud Pezeşkianın danışıqlarının düşmənə xidmət etdiyini söyləyib və onun “siyasi səriştəsizliyi” ilə bağlı məsələnin gündəmə gətirilməsinə çağırıb: 

"Prezidentimiz rəqib komandanın 12-ci oyunçusu kimi çıxış edib, düşmənə kömək edəndə biz nə etməliyik? O, harada oturduğunu bilmir, nə özünə inamı var, nə də həll oluna bilən problemləri həll etmək bacarığı. O, satqın deyil, ancaq tutduğu vəzifəyə layiq deyil, cahildir".

Qeyd edək ki, Rəsayi bir müddət əvvəl də oxşar çıxış edib və Məsud Pezeşkianı bacarıqsızlıqda günahlandırıb.

Mühafizəkar siyasi cərəyana mənsub olan H.Rəsayi, Pezeşkianın seçkilərdəki rəqibi Səid Cəliliyə yaxın şəxslərdən sayılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar