SON XƏBƏRLƏR

Azərbaycanın Zəngəzurla bağlı belə bir icazəsi yoxdur - Kosəri

2025.08.15, 11:16
Azərbaycanın Zəngəzurla bağlı belə bir icazəsi yoxdur - Kosəri

Biz Amerika və İsrailin regionun geosiyasətini dəyişməsinə imkan verməyəcəyik və Azərbaycan bilməlidir ki, belə fəaliyyətlərə icazə verilmir.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü və "Sepah"-ın keçmiş komandiri İsmayıl Kosəri deyib.

"İslam Respublikasının makro siyasəti Zəngzor dəhlizinin formalaşdırılmamasına əsaslanıb",- o vuröulayıb.

Kosəri Azərbaycan və Ermənistanın müstəqil dövlətlər olmadıqlarını iddia edib:

"Onlar müstəqil deyillər və başqaları onları sülhə razılaşdırmaqla bölgədə şeytani niyyətlərini həyata keçirməyə çalışırlar".

Parlament üzvü, İranın Ermənistan və Azərbaycanla həmsərhəd olduğunu vurğulayaraq təhdid bəyanatı səsləndirib:

“Biz heç kimin bizim yerimizə qərar qəbul etməsinə imkan verməyəcəyik və bu məsələni mütləq izləyəcək və lazım gələrsə reaksiya verəcəyik”.

İsmayıl Kosəri Amerika şirkətinin bölgədə kommunikasiya dəhlizinə nəzarətinə Tehranın icazə verməyəcəyini bildirib.

"Biz öz siyasətimizə uyğun məsələni izləyirik və Amerikadan gələn bir şirkətin birtərəfli qaydada yolu bağlamasına icazə verməyəcəyik. Azərbaycan və Ermənistan bu məsələdə özləri haqlı bildikləri kimi, biz də özümüzü haqlı hesab edirik",- o əlavə edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar