SON XƏBƏRLƏR

Putin mətbuat konfransında Trampı Moskvaya dəvət edib

2025.08.16, 07:59
Putin mətbuat konfransında Trampı Moskvaya dəvət edib

Rusiya Prezidenti Vladimir Putin və Amerika Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.

Gunaz.tv

Rusiya-Amerika sammitinin yekunları üzrə Amerikalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib ki, Donald Tramp Amerika prezidenti olsaydı, müharibədən yayınmaq olardı.

Rusiya Prezidentinin sözlərinə görə, üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Mətbuat konfransı zamanı Putin Donald Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.

Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar