SON XƏBƏRLƏR

İranda polis əməkdaşı öldürülüb

2025.08.16, 11:11
İranda polis əməkdaşı öldürülüb

İranın Sistan-Bəlucistan əyalətində baş verən silahlı toqquşmada 1 polis əməkdaşı ölüb, 1-i isə yaralanıb.

Gunaz.tv

Bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Bununla yanaşı ISNA agentliyi də xəbəri təstiqləyib.

Yayılan xəbərlərdə hücum edənlərin atışmada yaralandığı, hadisə yerindən qaçdığı və polis tərəfindən təqib edildiyi bildirilib.

Hücumun “Ceyş əl-Ədl” (Ədalət Ordusu) silahlıları tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Qeyd edək ki, etnik bəlucların yaşadığı Sistan-Bəlucistan əyaləti İranın ən yoxsul əyalətlərindən biridir və insanlar gündəlik yaşayışlarını təmin etmək üçün qaçaqmalçılığa əl atmaq məcburiyyətində qalırlar.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar