"Biz Əyyadın İranda olduğundan şübhələnirik və çətin ki, kimsə onu ölüm cəzasına məhkum etsin. Bu, qənaətbəxş vəziyyət deyil, lakin bizim edə biləcəyimiz tək şey təzyiqi davam etdirmək, Şon və ailəsi üçün ədalətə nail olub-olmayacağımızı görməkdir", - deyə vəziyyətlə tanış olan mənbə "Sunday World"ə bildirib.
Lübnan səlahiyyətliləri Ayadın harada olması ilə bağlı heç bir açıqlama verməyib. Qeyd edək ki, iyulun 28-də Lübnan hərbi məhkəməsi İrlandiyanın Dundalk şəhərindən olan 23 yaşlı əsgəri qətlə yetirməkdə təqsirli bilinən qaçaq qatili qiyabi ölümə məhkum edib.
Xatırladaq ki, Lübnan 20 ildən artıqdır ki, heç bir məhkumu edam etmir. Bundan başqa İrlandiya hökuməti qatilin tapılmasını və cəzasının ömürlük həbslə əvəzlənməsini istəyir.
Əyyad 14 dekabr 2022-ci ildə Lübnanın Əl-Əqbiya kəndində BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) konvoyunu hədəf alıb. Hücum zamanı Şon Runi həlak olub, daha üç İrlandiya əsgəri yaralanıb.
C