SON XƏBƏRLƏR

Vilayəti indi də Alyaska görüşünə ilişdi - İcazə verilməyəcək!

2025.08.19, 11:36
Vilayəti indi də Alyaska görüşünə ilişdi - İcazə verilməyəcək!

İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Donald Tramp və Vladimir Putinin Aliyaskada apardığı danışıqlara reaksiya verib.

Gunaz.tv

O, bu haqda özünü X səhifəsində paylaşım edib.

“Qüdrətli və qədim İran xalqının qürurlu tarixi göstərir ki, bu insanlar heç vaxt öz milli təhlükəsizlikləri ilə bağlı sövdələşməyə icazə verməyəcəklər”, - deyə Vilayəti ABŞ və Rusiya liderlərinin Alyaskadakı görüşünə birbaşa toxunmadan yazıb.

İranın keçmiş xarici işlər naziri bu paylaşımında Alyaska, Ukrayna və Qafqaz heştəqlərindən istifadə edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar