SON XƏBƏRLƏR

İraqa gələn iranlı zəvvarların məqsədi budur- əl-Sudani

2025.08.19, 16:03
İraqa gələn iranlı zəvvarların məqsədi budur- əl-Sudani

Ərbəin mərasimi üçün İraqa gələn iranlı, əfqanistanlı və pakistanlı zəvvarlar ölkədə pul xərcləmir.

Gunaz.tv

Bunu İraqın baş naziri Məhəmməd əl-Sudani deyib.

"Çox sayda insanın İraqa gəlməsini eşidənlər onların böyük məblğdə pul xərclədiklərini düşünür. Bu belə deyil, onlar bu səfərlərdə pul xərcləmir, xeyriyyəçilərin və əzadarlıq heyətlərinin hesabına yeyib-içir, dolanır və geri qayıdır",- baş nazir bildirib.

O, həmin zəvvarların İraqa əlavə problemlər də yaratdığını söyləyib: 

"Onlardan bəzləri İraqda hətta zibil qutularını qarışdırır, oradan tapdıqlarını özləri ilə aparır, bəziləri narkotik gətirir, bəziləri də siğə olunub pul qazanmağa çalışır",- əl-Sudani əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Narkotiklərlə Mübarizə Polisinin rəisi İrəc Kakavənd, ərbəin ziyarəti üçün İraqın Kərbəla şəhəinə gedən bir sıra vətəndaşlar özləri ilə narkotik maddələr apardıqlarına görə sərhədlərdə saxlanıldıqlarını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar