SON XƏBƏRLƏR

Cənubi Koreya KXDR ilə barışmaq istəyir

2025.08.20, 12:09
Cənubi Koreya KXDR ilə barışmaq istəyir

Cənubi Koreya prezident administrasiyası bəyan edib ki, dövlət başçısı Li Çje Myon hər iki tərəfin maraqlarına uyğun olaraq KXDR-ə qarşı barışdırıcı siyasət aparır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Li Çje Myon administrasiyası Koreya yarımadasında sülhün təmin edilməsi üçün hər hansı eqoist maraqlardan deyil, həm Cənub, həm də Şimal üçün sabitlik və firavanlıq naminə fəal tədbirlər görür. Hökumət Koreya yarımadasında dinc yanaşı yaşama və birgə çiçəklənmənin yeni erası naminə düşmənçilik və qarşıdurma dövrünü geridə qoyacaq”, - Cənubi Koreya dövlət başçısının ofisi əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar