SON XƏBƏRLƏR

İranda qayıdan qaçqınların avtobusu yandı - Onlarla şəxs həlak oldu

2025.08.20, 12:46
İranda qayıdan qaçqınların avtobusu yandı - Onlarla şəxs həlak oldu

Ötən gecə İrandan qovulan əfqanıstanlı qaçqınları daşıyan avtobus qəzaya düşüb.

Gunaz.tv

Bu haqda Taliban hökumətinin informasiya və mədəniyyət naziri Əhmədullah Müttəqi məlumat yayıb.

Məlumata görə, İran sərhəddindən keçdikdən sonra yük maşını ilə toqquşan avtobus yanıb və hadisə nəticəsində 17-i azyaşlı uşaq olmaqla ümumilikdə 85 nəfər həlak olub.

Qeyd edək ki, rəsmi məlumata görə, cari ildə İrandan qovulan əfqanıstanlı qaçqınların sayı 800 min, qeyri-rəsmi məlumatlara görə isə 1 milyon 200 min nəfəri keçib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar