SON XƏBƏRLƏR

İranda iş qəzalarında ölənlərin statistikası açıqlandı

2025.08.20, 13:49
İranda iş qəzalarında ölənlərin statistikası açıqlandı

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına kimi İranda baş verən iş qəzaları nəticəsində 28 mindən çox insan ölüb və yaralanıb.

Gunaz.tv

Bu haqda "İlna" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, qəzalar nəticəsində 1986 işçi həlak olub, 26 min 548 işçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölüm və yaralanma hallarının çoxunun tikinti sahəsində və hündürlükdən yıxılma nəticəsində baş verdiyi bildirilib.

Ölənlərdən 15-i, yaralananların isə 1518-i qadındır.

Müstəqil işçi hərəkatı fəalları rəsmi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən çox olduğunu bildirirlər.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına görə dünya ölkələri arasında 102-ci yerdədir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar