SON XƏBƏRLƏR

Enerji çatışmazlığı - İranda etiraz eyləmləri başlayıb

2025.08.22, 10:19
Enerji çatışmazlığı - İranda etiraz eyləmləri başlayıb

İranda elektrik enerjisi və su kəsintilərinə görə ölkənin müxtəlif bölgələrində etiraz eyləmləri keçirilir.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat və videolar paylaşıblar.

Ötən gecə Şiraz şəhərində əyalət valiliyi qarşısına toplaşan yüzlərlə vətəndaş hökumət əleyhinə şüarlar səsləndirib.

Bununla yanaşı Kazerun şəhərində də oxşar aksiya keçirilib və küçələrə çıxan vətəndaşlar "ölüm olsun diktatora", "azadlıq, azadlıq" və başqa şüarlar veriblər. 

Tehran şəhərinin bəzi bölgələrində də narazı vətəndaşlar balkonlara çıxaraq "Xaməneiyə ölüm", "diktatora ölüm" və başqa şüarlar səsləndiriblər.

Qeyd edək ki, bundan əvvəl 2021-ci ilin iyul ayında da enerji çatışmazlığına görə həftələrlə davam edən etiraz eyləmləri zamanı onlarla vətəndaş öldürülmüşdü.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar