SON XƏBƏRLƏR

İranın hava məkanı bağlandı

2025.08.22, 10:49
İranın hava məkanı bağlandı

İran 21-22 avqust tarixləri arasında ölkənin qərb bölgələrində hava məkanını müvəqqəti olaraq bağlayıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Hava məkanının bağlanmasına səbəb İran ordusunun Hind okeanı və Oman dənizində hərbi təlimlər keçməsidir.

İran Ordusu Dəniz Qüvvələrinin yaydığı bəyanatda hərbi təlimlər zamanı 3 yeni raketin nümayış etdiriləcəyi və sınaqdan keçiriləcəyi bildirilib.

Bu, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İran ordusunun ilk hərbi təlimidir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar