SON XƏBƏRLƏR

6 həmədanlı bəhainin ağır həbs cəzası təsdiqləndi

2025.08.22, 12:43
6 həmədanlı bəhainin ağır həbs cəzası təsdiqləndi

İranda islam dininin bəhai təriqətinin mənsublarına qarşı təzyiqlərin yeni dalğasının başlanmasından sonra 6 həmədanlı xanım bəhainin həbs cəzası təsdiq olunub.

Gunaz.tv

Bu haqda Beynəlxalq Bəhai İcması məlumat yayb.

Məlumata görə, bundan əvvəl İnqilab Məhkəməsinin çıxardığı qərarı Həmədan Apellyasiya Məhkəməsi qevvədə saxlayıb və təsdiq edib.

Bununlada Nida Mohebbi, Atifə Zahidi, Fəridə Əyyubi, Nura Əyyubi, Zərrindoxt Əhrarizadə və Jalə Rzayi ümumilikdə 38 il 11 ay azadlıqdan məhrum ediliblər.

Onlar "bəhai icmasına üzv olmaq" və "islam qanunlarını pozan təlim və təbliğat aparmaq"da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar