SON XƏBƏRLƏR

İranda yol qəzalarında ölənlərin statistikası açıqlandı

2025.08.25, 14:36
İranda yol qəzalarında ölənlərin statistikası açıqlandı

Son 5 il ərzində İranda baş verən yol qəzaları nəticəsində 91 min nəfər həlak olub.

Gunaz.tv

Bu haqda İran Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, ən çox yol qəzaları hər il sentyabr ayında baş verir.

Rəsmi məlumata görə, İranda hər gün orta hesabla 50 nəfər yol qəzası nəticəsində həlak olur.

İran Ədliyyə Həkimləri Assosiasiyası isə qəzalarla bağlı yaydığı açıqlamada ölümlə nəticələnən qəzaların 50%-nin səbəbinin  keyfiyyətsiz yerli və Çin avtomobilləri olduğunu yazıb.

Qeyd edək ki, vətəndaşlar keyfiyyətsizlik və təhlükəliliyinə görə, İran avtomobillərini  "hərəkət edən tabut" adlandırırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar