SON XƏBƏRLƏR

İran səfiri Avstraliyadan qovuldu

2025.08.26, 10:33
İran səfiri Avstraliyadan qovuldu

İslam Respublikasının ən azı iki antisemit hücumunda rolunun təsdiqlənməsindən sonra İranın səfiri ölkədən qovulub, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb və İnqilab Keşikçiləri Korpusunuun (SEPAH) terrorçu qruplaşmalar siyahısına salınması planlaşdırılır.

Gunaz.tv

Bunu Avstraliyanın baş naziri Antoni Albanese deyib.

O, daxili işlər naziri və təhlükəszlik naziri ilə birgə ölkə parlamentində mətbuat konfransında çıxış edərək bildirib ki, İran hökuməti Avstraliyadakı yəhudi icmasına qarşı ən azı iki hücum təşkil edib.

Baş nazir Melburndakı Adas İsrail sinaqoquna və Sidneydəki "Louis Continental" restoranına qarşı törədilən əkiz terror hücumlarını fövqəladə və təhlükəli vəhşiliklər adlandırıb və İranın yeni hücumları barədə xəbərdarlıq edib:

“İslam Respublikası Avstraliya torpaqlarında növbəti hücumlar həyata keçirə bilər”.

Albanese bildirib ki, Avstraliya hökuməti İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq üçün qanun qəbul edəcək.

O, İranın terror hərəkətlərini Avstraliya cəmiyyətində ictimai birliyi pozmaq və parçalanma yaratmaq cəhdi adlandırıb və hökumətin vandalizmə cavab olaraq təcili və qəti addımlar atacağını deyib.

Avstraliyanın baş naziri həmçinin ölkənin Tehrandakı səfirliyinin bağlandığını və Tehranda yerləşən bütün avstraliyalı diplomatların hazırda İranı tərk etdiyini və üçüncü ölkədə təhlükəsizlikdə olduğunu açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar