SON XƏBƏRLƏR

İranda ekoloji problem dərinləşəcək - Kələntəri

2025.08.26, 12:49
İranda ekoloji problem dərinləşəcək - Kələntəri

İranda daha şiddətli su böhranı gözlənilir və İran Yaylasının ekoloji vəziyyəti dəhşətli dərəcədə ağır olacaq.

Gunaz.tv

Bunu İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri  deyib.

"Mövcud tendensiya davam edərsə, 2035-ci ilə qədər şərqi Zaqros və Əlburzun cənubundakı geniş bölgələrdə kənd təsərrüfatı məhv olacaq və bu ərazilər tam su böhranı ilə üzləşəcək",- o əlavə edib.

Ekoloq, dəniz suyunun şirinləşdirilməsi və ölkənin mərkəzinə köçürülməsi ilə bağlı layihələrin də işə yaramayacağını bildirib: 

“Şirinləşdirmə sahillər üçün uyğundur, ancaq onu yüzlərlə kilometr məsafədən mərkəzi düzənliklərə çatdırmağı düşünmək xmaqlıqdır”

Kələntəri vurğulayıb ki, Şərqi Zaqros və Əlburzun cənubundan cənub və qərb sahillərinə qədər bütün əyalətlər su çatışmazlığına görə təhlükəli qırmızı vəziyyətindədir və ölkədə su böhranı sürətlə genişlənir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar