SON XƏBƏRLƏR

Rusiyaya görə iranlı diplomata cinayət işi açıldı

2025.08.28, 10:30
Rusiyaya görə iranlı diplomata cinayət işi açıldı

Tehran Şəhər Prokurorluğu İranın Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Məhəmməd Sədrə qarşı cinayət işi açıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, onun Rusiya ilə bağlı açıqlaması hüquqi araşdırmaya səbəb olub.

Hazırda Tehran Şəhər Prokurorluğu tərəfindən Məhəmməd Sədrə qarşı hüquqi prosedurlar başlanılıb.

Sabiq diplomat internet üzərindən yayımlanan "Sinerji" verilişlərin birində Rusiya Federasiyasının İranın müdafiə mərkəzləri barədə məlumatları İsrailə ötürdüyünü iddia edib.

Məhəmməd Sədrə cinayət işi açılmasından sonra, onunla müsahibə edən İran xarici işlər nazirinin müşaviri Məhəmməd Hüseyn Rəncbəran da istefa verib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar