SON XƏBƏRLƏR

Rubio İsrailin XİN başçısı ilə Qəzza, Suriya və İranı müzakirə edib

2025.08.28, 11:14
Rubio İsrailin XİN başçısı ilə Qəzza, Suriya və İranı müzakirə edib

Amerika dövlət katibi Marko Rubio İsrailin xarici işlər naziri Gideon Saar ilə Qəzza zolağı, Suriya, Lübnan və İrandakı vəziyyəti müzakirə edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Amerika və İsrailin xarici siyasət idarələrinin rəhbərləri çərşənbə günü keçirilən görüşdə Qəzza, Lübnan və Suriya ilə bağlı əsas məsələləri müzakirə ediblər. Bundan əlavə, görüşdə İran da diqqət mərkəzində olub.

"Dövlət katibi və xarici işlər naziri Saar razılaşıblar ki, iki ölkə arasında sıx əməkdaşlığın davam etdirilməsi regionun təhlükəsizliyini və rifahını təmin etmək üçün zəruridir", - sənəddə deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar