SON XƏBƏRLƏR

Kaya Kallas Rusiyanın Kiyevə hücumlarını pisləyib

2025.08.28, 12:23
Kaya Kallas Rusiyanın Kiyevə hücumlarını pisləyib

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas Rusiya ordusunun gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hücumlarını pisləyib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"Beynəlxalq ictimaiyyət sülhə gedən yol axtarışındaykən, Rusiya raket atmaqla cavab verir. Kiyevə gecə endirilən zərbə eskalasiya və sülh səylərinə istehzalı yanaşmanın xeyrinə şüurlu seçimi nümayiş etdirir. Rusiya qətllərə son qoymalı və danışıqlara başlamalıdır", - o yazıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin gecə ərzində Kiyevə kütləvi hücumu nəticəsində ən azı 10 nəfər həlak olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar