SON XƏBƏRLƏR

Türkmən fəalı Tahir Sarlı müvəqqəti azadlığa buraxılıb

2025.08.28, 12:25
Türkmən fəalı Tahir Sarlı müvəqqəti azadlığa buraxılıb

Azərbaycan İnsan Haqları Cəmiyyəti ƏRK-in məlumatına görə, türkmən vətəndaş fəalı Tahir Sarlı fiziki və mənəvi işgəncələrlə müşayiət olunan həbs müddətindən sonra Gonbədkavus həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.

Gunaz.tv

Tahir Sarlı müvəqqəti azadlığa buraxıldıqdan sonra verdiyi bəyanatda bu yolda onu müşayiət edən və dəstəkləyən bütün fəallara, siyasi qruplara, hüquq müdafiəçilərinə təşəkkür edilib.

“Bizim gücümüz birliyimizdədir və birgə səylər dəyişikliklərə yol aça bilər.” - deyə o bildirib.

Xatırladaq ki, Tahir Sarlı avqustun 5-də internetdə dediyi tənqidi fikirlərə görə Tehrandakı iş yerində həbs edilib və Gonbədkavus həbsxanasına köçürülüb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar