Xəbəri BMT Təhlükəsizlik Şurasında sədrlik edən Panama təsdiqləyib.
"Bəli, onlar "tətik" mexanizminin tətbiqi ilə bağlı rəsmi bildirişin əks olunduğu məktub göndəriblər", - məlumatda qeyd edilib.
Xatırladaq ki, avqustun 27-də "Avropa üçlüyü"nün xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionu İrana qarşı "Tətik" mexanizminin tətbiq edilməsi qərarı barədə məlumatlandırıblar.
Məlumatın yayılmasından sonra İranın xarici işlər naziri Abbas Əraqçi BMT sanksiyalarının bərpası ilə bağlı qərarına cavab verəcəyinə söz verib.
"İran öz milli hüquq və maraqlarını qorumaq və təmin etmək üçün Avropa ölkələrinin bu qanunsuz və əsassız hərəkətinə müvafiq cavab verəcək", - deyə o bildirib.
Əraqçi İranın beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq qanuni hüquq və mənafelərini müdafiə etmək əzmini vurğulayaraq, üç Avropa ölkəsinin real şəraiti nəzərə alaraq məsuliyyətli mövqe nümayiş etdirəcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, İran rəhbəri Əli Xmənei bir neçə gün əvvəl xüsusən ABŞ ilə danışıqların mənasız olduğunu bildirib.
Bəzi iranlı ekspertlər və Xaməneinin əleyhdarları, "Tətik" mexanizminin işə salınması nəticəsində ölkədə sürətlənəcək iqtisadi, ictimai və siyasi böhrana görə İran rəhbərinin məsuliyyət daşıdığın qeyd edirblər.
GünazTV