SON XƏBƏRLƏR

Xameneinin ofisinin “Quran qarisi” teror güllələndi

2025.08.29, 14:09
Xameneinin ofisinin “Quran qarisi” teror güllələndi

İranın ən məşhur Quran qiraətçisi, Əli Xaməneinin ofisinin “Quran qarisi” Səid Tusiyə sui-qəsd edilib.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında naməlum silahlı şəxslər Məşhəd şəhərinin Vəkilabad bölgəsində Tusiyə atəş açıblar.

Onun ağır vəziyyətdə xəstəxanaya çatırıldığı bildirilib.

Qeyd edək ki, həm də siyasi elita ilə sıx əlaqələri olan Səid Tusi, bundan əvvəl 2016-cı ildə dindar ailələrdən olan 10 quran qiraətçi tələbəyə qarşı cinsi zorakılıqda ittiham olunub.

Hökumətin yüksək rütbəli məmurlarının, o cümlədən Xaməneinin ofisinin müdaxiləsi nəticəsində ona qarşı qaldırılan cinayət işi bağlanıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar