SON XƏBƏRLƏR

Avropa troikasının İran qarşısında irəli sürdüyü şərtlər açıqlandı

2025.09.01, 15:13
Avropa troikasının İran qarşısında irəli sürdüyü şərtlər açıqlandı

Avropa üçlüyü (Almaniya, Britaniya və Fəransa) İrana qarşı tətik mexanizminin işə salınmaması üçün Tehran qarşısında üç şərt irəli sürüblər.

Gunaz.tv

Bu haqda İran parlamentinin nümayəndəsi Mahmud Nəbəvian məlumat yayıb.

O, həmin şərtləri "hayasız və qəribə"  adlandırıb.

Nəbəvianın sözlərinə görə, üç Avropa ölkəsi İrandan raket 

"Üç Avropa ölkəsi həyasız şəkildə İrandan raketlərinin uçuş məsafəsini azaltmağı tələb edib",- millət vəkili bildirib.

Onun sözlərinə görə, bununla yanaşı həmin ölkələr Tehrandan bütün nüvə obyektlərinin təftişinə icazə verməsini, 12 günlük müharibədə məhv edilməmişdən əvvəl və sonra nüvə obyektləri haqqında hesabat təqdim etməyi istəyiblər.

"Onlar İranın bu şərtlərlə razılaşmayacağı təqdirdə tətik mexanizmini işə salacaqlarını və Təhlükəsizlik Şurasının sanksiyalarını geri qaytaraqcaqlarını bildiriblər",- Mahmud Nəbəvian əlavə edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar