SON XƏBƏRLƏR

İranda subayların sayı açıqlandı

2025.09.01, 16:00
İranda subayların sayı açıqlandı

İranda yaşı 45-dən aşağı olan 17 milyon nəfər subaydır.

Gunaz.tv

Bu haqda İran Gənclər və İdman Nazirliyinin məlumatında bildirilib.

Bununla yanaşı yaşı 45-dən yuxarı olan qadınların 4%-i və kişilərin 14%-nin də subay olduğu qeyd olunub.

Nazirliyin məlumatına görə, 45 yaşdan aşağı yaş qrupunda 9,5 milyon kişi və 7,5 milyon qadın hələ də ailə qurmayıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu tendensiyanın davam etməsi doğuş göstəricilərinin azalmasına, əhalinin qocalmasına, tənhalığın artmasına və ailə birliyinin pozulmasına gətirib çıxara bilər.

Qeyd edək ki, bundan əvvəl İran Statistika Mərkəzinin yaydığı məlumata görə, son 10 il müddətində ölkədə evlənmə sayı 33% azalıb, boşanma sayı isə 22% artıb.

İran Prezidenti Məsud Pezeşkianın bundan əvvəl bildirdiyinə görə, gənclər arasında ailə quranların sayının azalması və boşanma sayının artmasının əsas amillərindən biri işsizlik və gələcəyə ümidsizlikdir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar