SON XƏBƏRLƏR

İranda narkomanların sayı açıqlandı

2025.09.02, 15:46
İranda narkomanların sayı açıqlandı

Hazırda İranda birbaşa narkotik maddələrdən asılı olanların sayı 2ş8 milyon nəfərdir.

Gunaz.tv

Bunu İran Tibb Elmləri Universitetinin rektoru Nadir Təvəkküli deyib.

"Onların ailə üzvləri və himayələrində olan şəxsləri də statistikaya daxil etsək, ölkədə 10-12 milyon insan narkomaniyadan asılılığın nəticələrindən əziyyət çəkir",- o bildirib.

Təvəkküli, başqa asılılıq növlərinin də ölkədə yayqınlaşdığına diqqət çəkib:

“Əgər narkomaniya statistikasına qəlyan və alkoqoldan istifadəni də əlavə etsək, səhiyyə sektorunda son dərəcə yüksək xərclərin şahidi olarıq, narkomaniya çox qatlı superböhran hesab olunur”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar