“Ölkənin əyalətləri üç qrupa bölünüb, pulun 60%-i Tehranın, 30%-i Məşhəd, İsfahan, Qəzvin və Əlburz kimi 6 vilayətin əlindədir, qalan 10%-i isə 20 zəif bölgənin payına düşür. Azərbaycan da bu qrupa daxil edilib. Bir milləti necə bu qədər aşağılaya bilərlər?! Azərbaycan niyə bu qrupda olmalıdır?" - deyə Əlirza Munadi bildirib.
Ölkə misinin yüzdə 50-nin bu əyalətdə istehsal olunduğunu, lakin gəlir və maliyyə qaynaqlarının əyalət banklarında cəmlənmədiyini bildirən Munadi bu vəziyyətin, nəhəng mədən ehtiyatından əldə edilən böyük kapitalların əyalətə yenidən investisiya edilmək əvəzinə başqa bölgələrə köçürülməsinə səbəb olduğunu deyib.
Munadi mədən və mis sənayesindən əldə edilən gəlirlərin Şərqi Azərbaycanda cəmlənməsini və Təbrizin istehsal və sənaye bölmələri üçün xüsusi obyektlərin ayrılmasını istəyib.
C