SON XƏBƏRLƏR

Hesabat: İranın uran ehtiyatı İsrailin hücumundan əvvəl bomba dərəcəsinə yaxınlaşmışdı

2025.09.04, 12:03
Hesabat: İranın uran ehtiyatı İsrailin hücumundan əvvəl bomba dərəcəsinə yaxınlaşmışdı

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı üzv dövlətlərə iki yeni rüblük hesabat təqdim edib.

Gunaz.tv

Hesabatda deyilir ki, agentlik İsrailin nüvə obyektlərinə hücumlarına başladığı gündən, iyunun 13-dən zənginləşdirilmiş uran ehtiyatını yoxlamaq üçün lazımi sahə işləri apara bilməyib.

Hesabatda İranın uran ehtiyatı iyunun 13-də 9874,9 kiloqram olaraq qiymətləndirilib ki, bu da əvvəlki rüblük hesabatdan 627,3 kiloqram çoxdur.

Agentliyin bildirdiyinə görə, İranın 60 faiz səviyyəsindəki hazırkı ehtiyatları nəzəri cəhətdən təxminən 10 nüvə bombasının istehsal gücünə bərabərdir.

Bunun əksinə olaraq, 20 faiz zənginləşdirilmiş uran ehtiyatları bu tarixdə 184,1 kiloqram qiymətləndirilib ki, bu da əvvəlki dövrlə müqayisədə 90,4 kiloqram azalma deməkdir.

Hesabatda İranın yüksək zənginləşdirilmiş uran ehtiyatı “böyük narahatlıq doğuran məsələ” kimi təsvir edilib və bu məsələnin həll edilməli olduğu qeyd edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar