SON XƏBƏRLƏR

İran Rusiya və Çindən müdafiə sistemləri alacaq

2025.09.05, 11:00
İran Rusiya və Çindən müdafiə sistemləri alacaq

Çin və Rusiya kimi ölkələrdən müdafiə sistemlərinin alınması Silahlı Qüvvələrin Baş Qərargahının gündəmindədir.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki deyib.

"Hökumət hava hücumundan müdafiə sistemlərinin bərpası üçün Silahlı Qüvvələrin Baş Qərargahına bəzi xarici valyuta kreditləri verib",- o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian Belarusa səfəri zamanı Aleksandr Lukaşenkodan İranın hava hücumundan müdafiə sisteminin bərpası üçün yardım istəyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar