SON XƏBƏRLƏR

İsrallə yeni müharibə ehtimalı var - Xətibzadə

2025.09.05, 12:19
İsrallə yeni müharibə ehtimalı var - Xətibzadə

Biz bölgənin növbəti müharibəyə girməsinin qarşısını almağa çalışırıq, ancaq İran və İsrail arasında müharibə ehtimalı yüksək olaraq qalır.

Gunaz.tv

Bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə İraq şəbəkəsinə müsahibəsində deyib.

“Son müharibədə komandirlərin öldürülməsinə görə təhlükəsizlik problemi ilə üzləşdik, ancaq bir neçə saat ərzində hər şeyi nəzarətə götürə bildik”, - deyə nazir müavini bildirib.

Xətibzadə 12 günlük müharibə zamanı İsrailin qarşıya qoyduğu hədəflərə çata bilmədiyini iddia edib.

O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi də ittiham edib:

"İrana qarşı aparılan müharibə, xüsusən də nüvə sahəsində reallıqları dəyişdi və Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə obyektlərinə dəstək verə bilmədi".

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar