SON XƏBƏRLƏR

Sarabda silahlı hücum - 8 nəfər həlak oldu

2025.09.05, 15:16
Sarabda silahlı hücum - 8 nəfər həlak oldu

Şərqi Azərbaycan əyalətinin Sarab şəhərində ailə faciəsi baş verib.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, ötən gecə iki qardaş əmi oğullarının evinə silahlı basqın edib.

Nəticədə ailənin altı üzvü, o cümlədən iki kişi, bir qadın və üç uşaq açılan atəşdən həlak olub. Hücumçular daha sonra intihar ediblər.

Polis dəhşətli hadisənin motivi və təfərrüatları ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Yerli mətbuatda dərc olunan məlumatların təhlili göstərir ki, təkcə aprel ayından avqust ayına kimi İranın müxtəlif bölgələrində bu növ qətllər nəticəsində azı 36 nəfər həyatını itirib.

Ekspertlərin fikrincə, İranda məişət zorakılığının fərdi ixtilaflar səviyyəsindən kənara çıxıb və sosial böhrana çevrilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar