SON XƏBƏRLƏR

"Tətik" mexanizmi İsrailin yeni hücumunu legitimləşdirə bilər - Frans24

2025.09.06, 11:59
"Tətik" mexanizmi İsrailin yeni hücumunu legitimləşdirə bilər - Frans24

"Tətik" mexanizminin tətibq edilməsi İslam Respublikasını beynəlxalq hüquq prizmasından beynəlxalq müttəhim mövqeyinə qoymaqla İsrailin yeni hücumunu qanuniləşdirə bilər.

Gunaz.tv

Bunu Fransanın "Frans 24" kanalı deyib.

Parisdəki Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun tədqiqatçısı Tierry Koville "Frans 24"-ə bildirib ki, sanksiyaların qaytarılmasının iqtisadi nəticələri əhəmiyyətli olacaq:

“BMT-nin Tehrana qarşı mümkün sanksiyalarının geri qaytarılması bu diplomatik təcridin İsrailin yeni hücumunu qanuniləşdirə biləcəyi ilə bağlı narahatlıqları artırıb”.

O, İran xalqının xüsusilə ölkənin praktiki olaraq çıxmaz vəziyyətdə olan iqtisadi fəaliyyətindən çox narahat olduğuna diqqət çəkib.

Avropanın üç ölkəsinin (Almaniya, Britaniya və Fransa) tətik mexanizmi prosesinin başladığını elan etdikdən sonra İranın milli valyutasının dəyəri tarixi minimuma düşüb və Tehranın açıq bazarında hər ABŞ dolları kəskin şəkildə yüksəlib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar