SON XƏBƏRLƏR

Hindistanda farsçılığı təbliğ edən nəşr bağlandı

2025.09.08, 14:09
Hindistanda farsçılığı təbliğ edən nəşr bağlandı

Hindistanda 60 ildir zərdüştlüyü və farsçılığı təbliğ edən "Parsiana" nəşrininin fəaliyyəti dayanıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

"Bu qərar abunəçilərin sayının azalması, maliyyə imkanlarının və nəşrin fəaliyyətini davam etdirmək üçün kadrların olmaması səbəbindən qəbul edilib",- məlumatda bildirilib.

Qeyd edək ki, "Parsiana" 1964-cü ildə Hindistanın Mumbay şəhərində təsis edilmişdi. 

Bəzi qeyri-rəsmi məlumatlara görə, həmin nəşri uzun illər İranın Fars Dili və Ədəbiyyatı Akademiyası maliyyələşdirib.

İranda iqtisadi böhran dərinləşdikdən sonra "Parsiana"ya da maddi yardım dayandırılıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar