SON XƏBƏRLƏR

Misirdə İran diplomatı oğurlandı

2025.09.08, 14:49
Misirdə İran diplomatı oğurlandı

İranın Qahirədəki səfirliyinin keçmiş mədəniyyət müşaviri Əmir Musəvi oğurlanıb.

Gunaz.tv

Bu haqda İran XİN-nin sözçüsü İsmayıl Bəqai bildirib.

"Bəli, bu səhər belə bir xəbər eşitdik. Təbii ki, o, diplomat deyil. O, bir vaxtlar İranın mədəniyyət müşaviri olub. Eşitdiyimiz odur ki, Musəvi İraq pasportu ilə Misirə daxil olub",- o əlavə edib.

İranlı müşavirin kimlər və hansı şərayitdə oğurlandığı barədə məlumat verilməyib.

Bəqai, keçmiş mədəniyyət müşavirinin tapılması ilə bağlı tədbirlər görüləcəyini söyləyib.

Qeyd edək ki, bir az əvvəl jurnalist və keçmiş diplomat Əmir Musəvi Qahirənin hava limanında itkin düşüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar