SON XƏBƏRLƏR

İran hərbçiləri əfqanıstanlılara atəş açdı - 5 nəfər həlak oldu

2025.09.09, 09:49
İran hərbçiləri əfqanıstanlılara atəş açdı - 5 nəfər həlak oldu

8 sentyabr axşam saatlarında İran sərhədçiləri Əfqanıstanla sərhəd Gülşən rayonunun Qolkan bölgəsində İrana keçmək istəyən əfqanıstanlılara atəş açıb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Atəş nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Aralarında qadın və uşaqların da olduğu 35 qaçqın 6 yaralı ilə birgə həbs edilib.

Yaralıların vəziyyətlərinin ağır olduğuna görə, ölü sayının artacağı qeyd olunub.

Bəluç Fəallarının Kampaniyası öldürülən şəxslərin meyitlərinin hadisə yerində qaldığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar