SON XƏBƏRLƏR

Xamenei nüvə danışıqları barədə Pezeşkiana tapışırıq verib

2025.09.09, 15:26
Xamenei nüvə danışıqları barədə Pezeşkiana tapışırıq verib

İran rəhbəri Əli Xamenei Qərblə nüvə danışıqlarının aparılması barədə Prezident Məsud Pezeşkiana göstəriş verib.

Gunaz.tv

Bu haqda "İraninternathional" məlumatlı mənbələrə istinadən xəbər verirb.

"Əli Xamənei Pezeşkiana Qərblə vasitəçilik etmək üçün Qətər əmirindən kömək istəməsini tapışırıb",- məlumatda bildirilib.

Qətərin rəsmi Xəbər Agentliyi isə xəbəri təsdiq edib və bildirib ki, ölkə əmiri Pezeşkianın şifahi mesajını sentyabrın 4-də Dohada səfərdə olan İran XİN başçısı Abbas Əraqçi ilə görüşü zamanı alıb.

Mənbələr bildiriblər ki, mesajda Şeyx Təmim bin Həmadin Tehran və Qərb dövlətləri arasında “tətik” mexanizmi çərçivəsində sanksiyaların geri qaytarılmasının qarşısını almaq üçün vasitəçilik etməsi xahiş olunur.

Bununla yanaşı bildirilib ki, Tehran ABŞ-ın hava hücumlarından sonra İranın müzakirə etmək istəmədiyi yüksək zənginləşdirilmiş uran ehtiyatlarını harada saxlayacağı və necə idarə edəcəyi ilə bağlı daha çeviklik nümayiş etdirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar