SON XƏBƏRLƏR

Böyük Tehran həbsxanasında saxlanılan azərbaycanlı fəallar həbslərinin 20-ci ayına daxil olublar

2025.09.11, 14:13
Böyük Tehran həbsxanasında saxlanılan azərbaycanlı fəallar həbslərinin 20-ci ayına daxil olublar

Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seifxah və Kərəm Mərdanə həbslərinin 20-ci ayına daxil olublar.

Gunaz.tv

Adları çəkilən azərbaycanlı fəallar həbs olunduqdan sonra təhlükəsizlik orqanlarının müdaxiləsi və məhkəmə orqanlarına mane olması səbəbindən zaminə, müvəqqəti azadlığa buraxılmayıblar.

Bu işlə bağlı digər azərbaycanlı fəallar Vədud Əsadi, Abdullah Vahidi və Salar Tahir Əfşar isə cəzalarını çəkmək üçün 2025-ci ilin fevral ayında Evin həbsxanasına köçürülüblər.

Xatırladaq ki, Evin zindanında məhbus olan fəallar 2024-ci il fevralın 5-i, 6-ı və 7-də Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmiya, İslamşəhr və Astarada kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs ediliblər.

Fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar və Tehran İslam İnqilab Məhkəməsinin hakim Əbülqəsim Sələvatinin rəhbərlik etdiyi 15-ci şöbəsindən ağır cəzalara məhkum ediliblət.

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar