SON XƏBƏRLƏR

NATO PA-nın 160-a yaxın nümayəndə və eksperti Ermənistana səfər edəcək

2025.09.12, 11:53
NATO PA-nın 160-a yaxın nümayəndə və eksperti Ermənistana səfər edəcək

NATO Parlament Assambleyasının 160-a yaxın nümayəndəsi, beynəlxalq və yerli ekspertlər, qeyri-hökumət təşkilatlarının və diplomatik korpusun nümayəndələri Ermənistana səfər edəcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası sədrinin bəyanatında deyilir.

Səfərdə məqsəd 108-ci "Rose-Roth" seminarında iştirak etməkdir.

Qeyd olunur ki, nümayəndə heyəti sentyabrın 22-dən 23-dək Ermənistanda olacaq. Qonaqları Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədri Andranik Köçəryan qarşılayacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar