SON XƏBƏRLƏR

Gürcüstanın Baş naziri: Amerika ilə strateji tərəfdaşlığı yeniləməyə hazırıq

2025.09.12, 12:01
Gürcüstanın Baş naziri: Amerika ilə strateji tərəfdaşlığı yeniləməyə hazırıq

Amerika ilə strateji tərəfdaşlığı səmimi şəkildə yeniləməyə hazırıq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalında çıxışında deyib.

Baş nazir bildirib ki, Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığı "təmiz səhifə"dən başlamağa və konkret yol xəritəsi ilə yenidən qurmağa hazırdır.

"Bizim təklifimizlə bağlı Amerikanın rəsmi mövqeyinə ehtiyacımız var. İstənilən məsələnin müzakirəsinə hazırıq. Amerika ilə strateji tərəfdaşlığı səmimi şəkildə, konkret yol xəritəsi ilə yeniləməyə hazırıq. Amma hələlik Vaşinqtondan susqunluq müşahidə olunur", - Kobaxidze deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan-Amerika münasibətlərinin gələcəyi Amerika daxilində siyasi mübarizənin nəticəsindən asılı olacaq:

"Amerikadan rəsmi mövqe gözləyirik, Gürcüstana səfirin təyin olunmasını da səbirlə gözləyəcəyik. Münasibətlərin yenidən qurulması Tramp administrasiyası ilə "dərin dövlət"" arasında gedən mübarizədə kimin qalib gələcəyindən asılı olacaq. Görək bu mübarizə necə bitəcək".

Kobaxidze həmçinin Amerika Konqresində müzakirəyə çıxarılan "Dost aktı"nın qəbulunun dayandırılmasını müsbət qiymətləndirib:

"Bu aktın qəbulunun dayandırılması göstərir ki, "dərin dövlət" öz məqsədinə nail ola bilmədi. Bizim üçün əsas məsələ münasibətlərin real tərəfdaşlıq əsasında bərpa olunmasıdır".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar