SON XƏBƏRLƏR

Kərəc həbsxanasında qadın məhbus öldürülüb

2025.09.13, 12:11
Kərəc həbsxanasında qadın məhbus öldürülüb

Kərəc şəhərinin Kəçuyi həbsxanasında saxlanılan qadın məhbus Məryəm Şəhrəki həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, ötən gecə vəziyyəti ağırlaşan məhbus həbsxananın tibb məntəqəsinə köçürülsə də, ona sakinləşdirici həb verib geri qaytarıblar.

Bundan bir neçə saat sonra Məryəm Şəhrəki dünyasını dəyişib.

Onun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü həbsxana rəhbərliyinin qətli adlandırırlar.

İnsan haqalrı təşkilatдфкının məlumatıa görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar