SON XƏBƏRLƏR

ABŞ nüvə razılaşmasına görə İrana xəbərdarlıq etdi

2025.09.13, 14:36
ABŞ nüvə razılaşmasına görə İrana xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əldə olunan son razılaşmaya ehtiyatla yanaşır.

Gunaz.tv

Bu, ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilib.

Departamentin sözçüsü açıqlamasında deyib ki, Vaşinqton Tehran və AEBA arasında əldə olunan razılaşmanın detalları barədə aydınlıq gözləyir:

“İranın nüvə silahı yaratmaq ambisiyasından əl çəkməsi və uranın zənginləşdirilməsini dayandırması çərçivəsində razılığın əldə olunması vacibdir. Bu, İran xalqına, bölgəyə və dünyaya fayda verəcək”.

O, əlavə edib ki, əgər Tehran bu istiqamətdə razılığa gəlməsə, ABŞ onu öz addımlarına görə məsuliyyətə cəlb edəcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar