SON XƏBƏRLƏR

İsrail Müdafiə Qüvvələri "Hizbullah" üzvünün öldürüldüyünü bildirib

2025.09.15, 12:07
İsrail Müdafiə Qüvvələri "Hizbullah" üzvünün öldürüldüyünü bildirib

İsrail Müdafiə Qüvvələri (IDF) Lübnanın cənubundakı Nəbatiyə bölgəsinə endirilən zərbə nəticəsində Livan ərazisində silahların hazırlanması və istehsalında iştirak edən "Hizbullah" silahlı qruplaşmasının üzvü Məhəmməd Əli Yasinin öldürüldüyünü bəyan edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə İDF-in bəyanatında bildirilib.

Bəyanata görə, Yasin qruplaşmanın hərbi fəaliyyətində aktiv iştirak edib və İsrailin təhlükəsizliyinə təhdid yaradıb.

IDF qeyd edib ki, onun fəaliyyəti, həmçinin İsrail və Lübnan arasındakı mövcud razılaşmaları pozub.

"IDF İsrail Dövlətinə qarşı istənilən təhdidin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək", - rəsmi bəyanatda deyilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar