SON XƏBƏRLƏR

Bessent: Aİ Çinə rüsumlar tətbiq etməsə, Vaşinqton da etməyəcək

2025.09.16, 11:57
Bessent: Aİ Çinə rüsumlar tətbiq etməsə, Vaşinqton da etməyəcək

Əgər Avropadakı müttəfiqlər də eyni addımı atmasa, Vaşinqton Çinin Rusiya nefti almasına görə ona qarşı ticarət rüsumları tətbiq etməyəcək.

Gunaz.tv

Bunu Amerikanın maliyyə naziri Skot Bessent "Reuters" və "Bloomberg"ə müsahibəsində deyib.

O, Amerikanın Çinə rüsum tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb: "Biz avropalıların indi öz üzərinə düşəni etmələrini gözləyirik və onlarsız hərəkət etməyəcəyik".

Sentyabrın 13-də Amerika Prezidenti Donald Tramp Şimali Atlantika Alyansının bütün üzvlərinin birgə hərəkət edərək Rusiya neftinin alınmasını dayandıracağı təqdirdə Moskavaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, bəzi NATO müttəfiqlərinin Rusiyadan enerji resurslarının idxalını davam etdirməsi "alyansın danışıqlarda mövqelərini zəiflədib". Bundan əlavə, Ağ Ev rəhbəri NATO ölkələrini Çinə qarşı 50-100 % həcmində idxal rüsumları tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, bu, Rusiya-Ukrayna müharibəsinə son qoymağa kömək edəcək, rüsumlar sülh razılaşmasından sonra ləğv edilə bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar